Ağdaşda iki koronavirus xəstəsi küçədə aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan şəhər sakini İbrahim İsmayılova və rayonun Şordəhnə kənd sakini Şöhrət Qəhrəmanova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.
Lakin həmin şəxslər yaşadıqları ünvanları tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıblar.
Araşdırma zamanı İbrahim İsmayılovun koronavirus xəstəsi olduğunu bilə-bilə insanların daha çox toplaşdığı ticarət obyektinə getdiyi məlum olub.
Hər iki şəxs barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Polis sosial şəbəkələrdə koronavirusla bağlı yalan məlumatlar yayan şəxsi cərimələdi - FOTO
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbu...