Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT

Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT
Hadisə 105

Ağdaş rayonunda bıçaqlanan ana və oğlu evə buraxılıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd edilir ki, bu gün saat 02:50-də 2 nəfər (1 kişi, 1 qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

*** 11:05

Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər