Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpə süni nəfəs aparatına qoşulub, vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpələrin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (kişi) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Oxşar xəbərlər
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Biləcəridə yerləşən filialın mü...