Ağdamda mühəndis-istehkam işləri aparılarkən kəllə sümüyü aşkarlanıb

Ağdamda mühəndis-istehkam işləri aparılarkən kəllə sümüyü aşkarlanıb
Hadisə 2

Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər