Baş Prokurorluq: Cəbrayılda aşkarlanan insan sümükləri ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Cəbrayıl rayonunun Çullu kəndində aşkarlanan insan sümükləri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Çullu kəndində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük, habelə 1 ədəd əl qumbarası aşkarlanıb.
***11:27
Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, iki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.
Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb
Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ok...