Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb
Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-də Kəlbəcər rayonunun Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilən, aşkar edilən sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırılaraq ekspertiza aparılması məqsədilə götürülüb.
Aşkarlanan sümük və geyim əşyalarının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.
Hazırda araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Bu gün azərbaycanlılara işgəncə verən erməni yaraqlıların məhkəməsi davam etdiriləcək
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyo...