Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
***15:11
Ağdamda 35 yaşlı kişi itkin düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə iyunun 6-da rayonun Ayaq Qərvənd qəsəbəsində qeydə alınıb.
Belə ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...