Ağdamda iki qadını avtomobil vurdu: Biri öldü

Ağdamda iki qadını avtomobil vurdu: Biri öldü
Hadisə 31

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər