Ağdamda ər arvadını bıçaqlayıb qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində, ailə münaqişəsi zəminində baş verib.
Belə ki, münaqişə nəticəsində 1975-ci il təvəllüdlü Rüstəm Yaqub oğlu Həsənov, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mənzər Əncuma qızı Həsənovaya bıçaq xəsarəti yetirib.
R.Həsənov hadisə yerindən qaçıb. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
Yaralı M.Həsənova rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralı sol əlin beşinci barmağının 1.5 sm dərinliyində kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...