Ağcabədidə həyətyanı sahədə narkotik plantasiyası aşkar edilib
24
iyn
2026
11:12
Ağcabədi rayonunda həyətdə narkotik plantasiyası aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda "Ford" səkiyə çırpıldı - Sürücü xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və və...