Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmov dəfn edilib - YENİLƏNİB

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovla Ağcabədi şəhərində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 13:09
Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.
M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
Xocasəndə yanğın söndürülüb
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən ge...
