Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirildiyi bildirilib.
"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı?
"Mən həmişə ölüm hökmünün əleyhinə olmuşam. Çünki elə işlərdə cinayəti törədən şəxsdə çox sirlər olur, həmin məsələləri ondan başqa heç kim bilmir. Cinayəti tör...