Afət Fərmanqızı Flora Kərimova ilə olan məhkəməyə gəlmədi - FOTO

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı - xalq artisti Flora Kərimova və vəkili, həmçinin Afət Fərmanqızının vəkili və nümayəndəsi iştirak edib.
A.Fərmanqızının vəkili məhkəmədə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin yaşayış ünvanı dəyişdiyi üçün məhkəmənin göndərdiyi bildirişi əldə edə bilməyib. Müdafiəçi həmçinin işə yeni cəlb olunduğu üçün məhkəmədən hazırlıq iclasını təxirə salmağı xahiş edib.
Məhkəmə martın 28-nə təxirə salınıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.


Oxşar xəbərlər
Afət Fərmanqızının ərinin həbsinin təfərrüatı: Rüsvayçı mesajlar var - YENİLƏNİB - VİDEO
Müğənni Afət Fərmanqızının əri Mamed Nanacanovun həbsi ilə bağlı yeni təfərrüat məlum olub. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tərəflər arasında sonunc...
