Aeroport yolunda dəhşətli qəza törədən sürücü biznesmen imiş - YENİ FAKTLAR

01
mar
2019
21:30
Fevralın 27-də saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.BAKU.WS xəbər verir ki, aeroport yolu kimi tanınan magistralın köhnə Suraxanı dairəsi kimi tanınan hissəsində keçidin altında 45 yaşlı İlqar Kərimovu idarə etdiyi "Mercedes" markalı, 90 RR 906 dövlət nömrə nişanlı avtomobillə vurub öldürən Bakı şəhər sakini Quliyev Qulu Ağasəf oğlu iş adamıdır.Belə ki, Q.Quliyev tikinti sektorunda tanınmış biznesmenlərdən biri kimi tanınır. Hadisə isə sürət həddinin saatda 120 kilometr olduğu yolda piyada yerüstü keçiddən istifadə etməyərək metal çəpəri keçərək yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib. Havanın alaqaranlıq vaxtı piyada qəfil olaraq maşının qarşısına çıxdığından sürücü qəzadan yayına bilməyib.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar aparılır. (publika.az)BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - ÖLƏN ŞƏXSİN ADI MƏLUM OLDU
Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü...
