Aeroport yolunda avtomobil qəfildən yandı (VİDEO)

Aeroport yolunda avtomobil qəfildən yandı (VİDEO)
Video
Hadisə 1362
Bakının Suraxanı rayonu ərazisində avtomobil yanıb. APA TV-nin xəbərinə görə, hadisə Aeroport şossesində qeydə alınıb.Sürücü Elmar Abuzərovun taksi kimi idarə etdiyi "Daewoo" markalı minik maşını hava limanından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman qəfildən tüstülənib. Bundan sonra avtomobilin mühərrik hissəsindən başlayan yanğın qısa zamanda güclənib.Avtomobildə həmin vaxt sərnişinlər də olub. Ancaq hər kəs vaxtında yanan avtomobildən uzaqlaşıb. Hadisə barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanan avtomobili söndürüb və alovun yayılmasına imkan verməyib.BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıda avtomobili çaya düşən Qarabağ əlili ağır xəsarət alıb

İsmayıllıda avtomobili çaya düşən Qarabağ əlili ağır xəsarət alıb

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nn yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı şəhərində qeydə alınıb.Şəhərin Cavanşir küçəsini...

1319 Hadisə 13:59 21 mart 2018

Son xəbərlər