ADY: Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - VİDEO
26
fev
2024
15:08
Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.
Məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Oxşar xəbərlər
ADY: Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir - YENİLƏNİB
Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir. BAKU.WS bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir. Elektrik enerjisinin veril...