ADNSU-dakı tüstülənmənin səbəbi bilindi

ADNSU-dakı tüstülənmənin səbəbi bilindi
Hadisə 286

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki tüstülənmənin səbəbi məlum olub.

Universitetin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun BAKU.WS-ə verdiyi məlumata görə, universitetdə heç bir yanğın hadisəsi baş verməyib. Heç bir tələbə təxliyə olunmayıb, xəsarət alan olmayıb, hər hansı bir əşyaya ziyan dəyməyib. B.Nəzərov qeyd edib ki, Universitetin birinci mərtəbəsində zibil qutusunun içərisində kağız yanıb.

Hazırda universitetdə tədris prosesində maneə yaranmayıb, dərslər qaldığı yerdən davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər