Açıq lüklər sürücülərə təhlükə yaratdı - Məsuliyyət kimin üzərinə düşür?
Paytaxtın bəzi küçə və prospektlərində sürücülər təhlükəli yol şəraiti ilə üzləşirlər. Hərəkət zamanı qəfil qarşılarına açıq lük və ya dərin çalalar çıxır.
Nəticədə, çuxura düşən avtomobillər ciddi texniki zərər görürlər. "Həftədə bir dəfə təkər dəyişirik. Çuxura düşürük, təkər yararsız vəziyyətdə qalır", - deyə sürücülərdən biri narazılığını bildirib.
Bəs bu kimi hallarda sürücüyə dəymiş ziyanı kim ödəməlidir? Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, məsuliyyət yol sahəsinə nəzarət edən qurumun üzərinə düşür: "Sürücülər üçün aydın və təhlükəsiz yol şəraiti təmin olunmalıdır. Bu, müvafiq dövlət qurumlarının borcudur".
Ekspert, həmçinin bildirib ki, sürücü bu cür vəziyyətlə qarşılaşıbsa, avtomobilinə ziyan dəyibsə, məhkəməyə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...