Ağcabədidə yeyib-içmək məclisində kütləvi zəhərlənmə

Ağcabədidə yeyib-içmək məclisində kütləvi zəhərlənmə
Hadisə 994

 

Ağcabədi rayonunda qidadan zəhərlənmə faktı baş verib.

APA bildirir ki, hadisə Kürdlər kəndində, kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Pərviz Sabir oğlunun təşkil etdiyi məclisdə qeydə alınıb.

Məclis yekunlaşmamış ev sahibi Pərviz Bayramov, həyat yoldaşı-Bayramova Nuranə Məhi qızı, onlara qonaq gələn İsmayılova Kəmalə Məhi qızı, övladı İsmayılov Bəxtiyar Bəxtiyar oğlunun vəziyyəti qəflətən pisləşib. Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, onlar ev şəraitində hazırlanan pomidor turşusundan zəhərləniblər. P.Bayramovun vəziyyəti daha ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda iki ailə qəzaya düşdü: 7 nəfər xəsarət aldı

Azərbaycanda iki ailə qəzaya düşdü: 7 nəfər xəsarət aldı

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb. Şəmkir ra...

1167 Hadisə 10:21 13 dekabr 2016

Son xəbərlər