Abşeronda bir ailənin 4 üzvünü maşın vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.
“Daewoo Nexia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub.
Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağstafada ağır qəza 5 nəfər xəsarət alıb - FOTO
Ağstafa rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqıiyyat hadisəsi baş verib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumaya əsasən, hadisə rayonun...