Abşeronda avtomobil universitetin laboratoriya müdirini vuraraq öldürüb
16
noy
2019
13:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub.Qadın xəstəxanaya aparılarkən yolda keçinib.Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.ADNSU-dan fakt təsdiqlənib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Metronun qarşısında avtomobil piyadanı vuraraq öldürüb
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, metronun "Koroğlu" stan...