Abşeronda ağır qəza: 10 nəfər yaralandı - VİDEO

Abşeronda ağır qəza: 10 nəfər yaralandı - VİDEO
Video
Hadisə 194

Abşeronda iki avtomobil toqquşub.

BAKU.WS Baku Tv-yə istinadla xəbər verir ki, Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəza Saray qəsəbəsində qeydə alınıb. İki “Mersedes” markalı minik maşınlarının toqquşması 10-a yaxın insanın xəsarət alması ilə nəticələnib. Dərhal hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub.

Hal şahidlərinin dediklərinə görə, Təcili Tibbi Yardım briqadası əraziyə gec gəldiyindən, yaralıları vətəndaşlar öz şəxsi avtomobilləri ilə xəstəxanalara çatdırıblar.

İlkin versiya kimi hadisəyə səbəb, ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Vətəndaşların sözlərinə görə, yolda işıqlandırmanın olmaması analoji hadisələrin tez-tez baş verməsinə səbəb olur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər