Abşeron Suvarma kanalına çirkab sular axıdan sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bildiyiniz kimi bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron Suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
BAKU.WS xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99 SR 115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb.
Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib. O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib.
Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.
Qalereya
Oxşar xəbərlər
“Qoşa bulaq”da “sevgililər” çılpaq yaxalandılar — Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI
Goranboy rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mikayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU....