Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...