Abşeronda kuryerlər arasında İNSİDENT: Yaralı var
Axşam saatlarında Abşeron rayonu ərazisində moped sürücüləri - kuryerlər arasında insident baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.
Onun sözlərinə görə, hadisə barədə polisə məlumat daxil olub və dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, tərəflərdən biri - 22 yaşlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Bolqarıstan diplomatları İrandan təxliyə edilib
Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 1...