Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik vasitə aşkarlanıb
Abşeron rayonunda əməliyyat keçirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub.
Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.
Oxşar xəbərlər
Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı
Bakıda reabilitasiya müəssisəsində dava olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Z...