Abşeronda çörəkbişirmə sexində YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kvadratmetr sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...