Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb

Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb
Video
Hadisə 18

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 c saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub:

"Abşeron rayonunda qeyd olunan istiqamətlər üzrə profilaktik tədbirlər davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər