Abşeronda 48 yaşlı kişi qonşu qadını aldadaraq qarət etdi

Abşeron rayonunda küçədə yaşlı qadına qarşı quldurluq edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhəri, 28-ci məhəllədə, 15 saylı binanın 2-ci blokunda baş verib.
Bina sakini olan yaşlı qadın yağışlı havada Xırdalan bazarından ərzaq məhsulları alıb evinə gedərkən, bina sakini, 1977-ci il təvəllüdlü İbrahim Ağacanov ona əlindəki ərzaqla dolu arabanı daşımaq üçün kömək təklif edib. Qadın təşəkkür edərək köməyə ehtiyac olmadığını bildirib. Lakin İbrahim onun yükünü götürərək qadınla birlikdə binaya daxil olub və qadından hansı mərtəbədə yaşadığını soruşub. Qadın ikinci mərtəbədə qaldığını deyib.
İkinci mərtəbəyə çıxarkən İ.Ağacanov əlindəki bağlamanı yerə qoyub və içərisindən çıxardığı bıçağı qadının boğazına söykəyib. O, qadından dəyəri 800 manat olan qulağındakı qızıl sırğaları çıxarmağı tələb edib. Qadın ilk əvvəl sırğaları verməkdən imtina etsə də, İbrahim sırğalardan birini dartıb alıb, qadın digərini özü ona verib.
Hadisədən sonra İ.Ağacanov hadisə yerindən qaçıb.
Qadının şikayəti əsasında Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gəliblər. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İ.Ağacanovun yeri müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Ağacanov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Maştağada narkotik çəkib qəza törədən sürücü HƏBS EDİLDİ
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində "Kia" markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni...
