Abşeronda 35 yaşlı kişi faciəli şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda 35 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Hadisə Xırdalan şəhərində baş verib.
Baku TV-nin məlumatına görə, 1991-ci il təvəllüdlü İntiqam Hüseynov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
O, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilsə də, ilkin tibbi baxış zamanı həkiməqədər ölüm faktı qeydə alınıb.
Qonşuların sözlərinə görə, mərhum əslən Daşkəsən rayonundan imiş, Xırdalanda kirayə yaşayırmış.
"Eşitdik ki, dəm qazından boğulub, xəstəxanaya aparıblar. Çox yaxşı oğlan idi", - deyə qonşulardan biri bildirib.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.