Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı

Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı
Hadisə 1192
Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Xırdalan qəsəbəsində baş verib.Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.BAKU.WS

Son xəbərlər