ABŞ-ın raketi sakinləri qorxuya saldı (VİDEO)

ABŞ-ın raketi sakinləri qorxuya saldı (VİDEO)
Video
Hadisə 990

ABŞ-da sübh vaxtı göydə görünən cism görənləri qorxudub.

BAKU.WS məlumat verir ki, Florida ştatında səmada qəribə mavi bir cism görünüb. Yavaş-yavaş  hərəkət edərək getdikcə böyüyən mavi cism sakinləri qorxudub. 

Gördükləri cismin nə olduğunu anlaya bilməyən insanlar bunu Uçan Naməlum Obyekt (UNO) zənn ediblər  Sosial şəbəkələrdə paylaşılan video və şəkillərə isə internet istifadəçiləri müxtəlif fərziyyələr irəli sürüblər. Amma həqiqət əslində başqa imiş.

Cismin ABŞ-ın Dəniz Qüvvələrinin peykini kosmosa çıxarmaq üçün Cape Canaveral'dan atılan "Atlas V" adlı raket olduğu müəyyən edilib. Hərəkət edərək böyüməkdə olan mavi cismin raketdən çıxan tüstünün həmin an yüksələn günəş tərəfindən işıqlandırılmasıyla meydana gəldiyi bildirilib. 

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Səmadakı parlaq cism hər kəsi həyəcanlandırdı (VİDEO)

Səmadakı parlaq cism hər kəsi həyəcanlandırdı (VİDEO)

Taylandda ilginc hadisə baş verib. BAKU.WS məlumat verir ki, Taylandın paytaxtı Banqokda yerli saatla səhər 09 radələrində göy üzündə ildırıma bənzər işıq görü...

1065 Hadisə 15:59 08 sentyabr 2015

Son xəbərlər