ABŞ-da 50 geyi öldürüb, 53 nəfəri yaralayan Ömər Mətin kimdir? (VİDEO)

ABŞ-da 50 geyi öldürüb, 53 nəfəri yaralayan Ömər Mətin kimdir? (VİDEO)
Video
Hadisə 16905

 

ABŞ-da gecə klubunda 50-dən çox adamı öldürən Ömər Mətn kimdir? İlk məlumatlara görə adı Ömər Mətin olduğu təsbit edilən təcavüzkar təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı öldürülüb.

BAKU.WS-in məlumatına görə, ABŞ-da homoseksualların getdiyi bir gecə klubuna silahlı hücum təşkil edən Ömərin adı ABŞ-da son 24 saatda ən çox tələffüz edilən söz olub. Florida ştatının Orlando şəhərində baş verən cinayəti törədən Ömər gecə klubuna girdikdən sonra ətrafa atəş açmağa başlayıb. 

ABŞ tarixinin ən böyük qırğınlardan birini reallaşdıran Ömər 50 adamı öldürüb, 53 adamı isə yaralayıb. 29 yaşında olduğu öyrənilən Ömərin qatı dindar olduğu güman edilir. İddialara görə, Ömər Mətin homoseksual klubunda kişilərin bir-biriylə öpüşməsini görüb əsəbiləşib və oranı qan gölünə çevirib.

1986-ci il təvəllüdlü şübhəli Ömər Sadiq Mətinin İŞİD-ə bağlılıq andı içdiyi məlum olub. Terrorçunun atasının da keçən il Əfqanıstandakı prezident seçkilərində namizəd olduğu ortaya çıxıb.

Polis gəncin evində axtarış apararkən tüfəng və tapança aşkarlayıb. Ömər Sadiq Mətinin 2011-ci ildə boşandığı həyat yoldaşı isə keçmiş ərinin əqli problemləri olduğunu iddia edib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər