AAYDA minaya düşərək həlak olan əməkdaşlarının görüntülərini yaydı - FOTO
Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
BAKU.WS xəbər verir ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olan əməkdaşlarının fotolarıını yayımlayıb.
Oxşar xəbərlər
DTX tərəfindən Xocavənddəki mina terroru ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlu...