Ağalarovların və qadın rus vəkilin Trampla görüşü - Prezident istefa verə bilər (FOTO)
ABŞ prezidenti Donald Trampın rus vəkil Natalya Veselnitskaya ilə bir araya gəldiyinə aid görüntülər böyük sək-küyə səbəb olub. İki şəxsin eyni masada olduğu foto yayımlanıb. Bu görüntü Rusiyanın seçkilərə müdaxilə etdiyi iddiasını gücləndirib və ölkədəki müzakirələri qızışdırıb.
BAKU.WS-in məlumatına görə, şəkildə İngiltərə doğulan prodüser Rob Qoldston, azərbaycanlı müğənni Emin Ağalarov, ABŞ prezidenti Donald Tramp və Rus vəkil Veselnitskaya əks olunub. Görüşdə Rusiya hökumətinin Trampın seçki kampaniyasına dəstək verəcəyi ilə bağlı məsələnin müzakirə edildiyi iddia edilib.
ABŞ-ı çalxalayan hadisəyə Rusiya xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib. Dəlil göstərilməsini istəyən Lavrov xəbərləri heyrətlə izlədiyini söyləyib: "Rus vəkilin Trampla və onun oğlu ilə görüşməklə günahlandırıldığı xəbərlərini öyrəndim. Bu vəhşicəsinədir. Hər hansı bir insanın bir vəkillə görüşündə necə bir problem ola bilər? Necə təzyiqdir bu? Bu məsələni mən də televiziyadan eşitdim, dünən axşam izlədim. Bu gün də televiziyanı açdım və gördüm ki, bütün Qərb mediası bundan danışır".
Bununla yanaşı, Donald Trampın prezident vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar ilk rəsmi müraciət edilib. ABŞ-ın Kaliforniya əyaləti nümayəndələrindən Demokrat Brad Şerman Nümayəndələr Məclisinə ABŞ prezidenti Donald Trampın vəzifədən çıxarılmasını tələb edən layihəni təqdim edib.
Şahin
BAKU.WS
Oxşar xəbərlər
Ağalarov ailəsinin Trampın prezident seçilməsində əli var: CNN görüşdən VİDEO yaydı
Rusiyada azərbaycanlı biznesmen Araz Ağalarov və onun oğlu Emin Ağalarov 2013-cü ildə ABŞ Prezidenti Donald Trampla görüşməsinin videosu yayılıb. BAKU.WS-in m...