SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyada bütün ölkələrin xüsusi təyinatlı dəstəsi var. Bu dəstələrdə istənilən hərbçi xidmət etməyi arzu edir.

BAKU.WS-in məlumatına görə, bu xüsusi təyinatlıların olduğu ərazilərə adi əsgərlər girməyə çəkinirlər. Ordunun elitası, ən yaxşıların ən yaxşıları — xüsusi təyinat dəstələrinin döyüşçüləridir. 

"SSG” - Pakistan

Pakistan Ordusunun Xüsusi Təyinatlı dəstəsi. İngiltərənin SAS və ABŞ-ın bir sıra xüsusi təyinatlı dəstələrinin bazasında 1956-cı ildə qurulan dəstənin şəxsi heyətinin sayı sirr olaraq qalır. Soyuq müharibə dövründə ABŞ-la birlikdə mübarizə edən SSG, baş verən terror hadisələrinə müdaxilə edir. 
Təxminən 10 tabordan (8000-9000 şəxsi heyət) ibarət olduğu ehtimal olunur. 

İspaniya

2009-cu ildən ispan xüsusi təyinatlı dəstəsi dünyanın ən güclü döyüşçülərinlərindən sayılır. Əvvəlcə, xüsusi təyinatlı dəstə qruplaşması yalnız könüllü birləşmə kimi yaradılmışdı, ancaq, döyüş hərəkətlərində (təsirlərində) daimi məşqlər və iştiraklar onu acıqlı gücə çevirdi.

 
"Alfa Qrupu” - Rusiya 

 

 

 

Digər adı ilə hamı bu dəstəni "spetsnaz" kimi tanıyır. "Alfa Qrupu” rus ordusu tərəfindən sülh və müharibə zamanında kəşfiyyat aparmaq və xüsusi tapşırıqları yerinə yetirmək üçün qurulmuşdur. Avadanlıq baxımından adi piyadalardan çox üstündürlər. Dəstə 1979-ci ildə SSRİ DTK-dən aldığı əmrlə Əfqanıstan prezidenti Hafizullah Əminə qarşı uğurlu bir sui-qəsd təşkil edib.

1978-ci ildə İngiltərəyə qaçan GRU agenti Vladimir Rezuna görə "Alfa”-nın 1970 və 1980-ci illərdə 30 minə yaxın üzvü olub. 


 
"Sayeret Matkal” - İsrail

 

 

 

İsrail xüsusi təyinatlıları İsrail torpaqları xaricində kəşfiyyat, terrorla mübarizə, girov xilas etmə məsələlərində ixtisaslaşmışdır. 1957-ci ildə qurulan birlik üçün lazımlı olan ən mühüm meyarlar yüksək fiziki hazırlıq və zehni bacarıqların yüksək olmasıdır.

 
SAS - Böyük Britaniya

 

1941-ci ildə qurulan "Special Air Service” (SAS) İkinci Dünya Müharibəsi, Malaya təhlükəsi, İndoneziya-Malayziya qarşıdurmaları, Şimali İrlandiya problemi, Falkland Döyüşü, İraq müharibəsi və Əfqanıstan müharibəsində tapşırıqlar yerinə yetirmişdir. Bundan başqa dəstənin snayper qrupu vardır və bu qrup gizli hücumlarıyla məşhurdur.

SAS əsgərləri MI5 və MI6 tərəfindən əks kəşfiyyat təhsili görür. 
 

 
"Delta Force” - ABŞ

 

Terrorla mübarizə sahəsində ixtisaslaşan "Delta Force” qrupu ABŞ-ın ən mühüm dəstələrindən biridir. 1977-ci ildə qurulan dəstə "Yaşıl Beretkalılar” və ya "Rangers” kimi də tanınır. Dəstə ABŞ-ın iki əsas anti-terror qruplarından biridir. 

"Delta Force”-un əsas vəzifəsi anti-terror, üsyan və dövlətlərarası vasitəçilik əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Bundan başqa bir çox gizli tapşırıqları yerinə yetirən bir təşkilatdır. Bu gizli tapşırıqlar çərçivəsində girovların xilas edilməsi, basqın etmək və gizli düşmən qüvvələri aradan qaldırmaq da var. 
 
BAKU.WS