12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Şəmkir rayonunun Yeni Həyat kəndində partlayış baş verib. 

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb. 1 nəfər -  Şəki rayonunun Kiçik Dəhnə kənd sakini 1966-cı il təvəllüdlü Laçın Adamov yanıq xəsarəti alıb. 

Əraziyə cəlb edilən FHN əməkdaşları gözətçi otağının qalan hissəsi və yaxınlıqdakı sexi yanğından mühafizə ediblər. Xəsarət alan şəxs isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
 
BAKU.WS