VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

BAKU.WS