Baş Prokurorluq “Instagram”da 70 müraciət cavablandırılıb - VİDEO

25
sen
2020
19:58
Sentyabrın 25-də saat 15:00-dan 18:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətləri qeydə alınıb.
Sessiya zamanı 70 müraciət daxil olub. Müraciətlər Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən dərhal cavablandırılıb.
Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...
