Jorji Jezuş Portuqaliya millisinin baş məşqçisi olmağa yaxındır
Portuqaliya milli komandasının baş məşqçisi vəzifəsinə təcrübəli mütəxəssis Jorji Jezuşun təyin olunacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, 71 yaşlı məşqçi ilə ölkənin Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Onun AVRO-2028 və Portuqaliyanın İspaniya və Mərakeşlə birgə ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatının sonunadək yığmaya rəhbərlik etməsi planlaşdırılır.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıldıqdan sonra sərbəst qalan Jezuşun, Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra federasiya rəhbərliyi ilə görüşərək rəsmi müqaviləyə imza atacağı bildirilir.
Xatırladaq ki, Portuqaliya millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Oxşar xəbərlər
"LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib
"LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib. BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında baş tutu...