Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU

Dünən Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Samir Mustafayev tutulub.
BAKU.WS xəbər verir ki, “oxu.az” S.Mustafayevin fotosunu əldə edib.
Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.
Nənə və bibisini qətlə yetirən şəxsin fotosunu təqdim edirik:

Oxşar xəbərlər
Bakıda gözəlləşmək üçün həkimə gedən gənc xanımın başına iş gəldi - FOTO
"Dəfələrlə 22.11.2019-cu il tarixindən başlayaraq 13.02.2020-ci il, 07.02.2020-ci il, 11.03.2020-ci il tarixlərində özünü həkim kimi təqdim edən Firuzə Əliyevan...