SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Hava Limanı istiqamətində yolun Suraxanı rayonuna düşən hissəsində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbəb olub.

Belə ki, VAZ 21015-in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

21:31

Bakıda Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər piyada vurulub.

BAKU.WS