Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb.

Lənkəran rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub.

Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.

Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS