Bakıda məktəb direktoru barəsində cinayət işi başlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.
BAKU.WS-in məlumatına görə, 55 saylı orta məktəbdən APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.
Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Ziya Səccad
BAKU.WS
Məktəb direktoru axtarışa verildi
27
avq
2015
1 922