SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub.

BAKU.WS prosesdə iştirak edən Oxu.Az-ın müxbirinə istinadən xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb. Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

13:05

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

BAKU.WS Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının məlumatına əsasən bildirir ki, o, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:

“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.

Məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.

Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb.

Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar.

Polislərin içəri daxil olmasına mane yaradılıb.

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

BAKU.WS xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb. Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cəzalanacağı gözlənilir. Cəzanın nədən ibarət olacağı bir azdan məlum olacaq.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

BAKU.WS