Bakıda qadına zorakılıq edilməsi xəbərinə polisdən CAVAB

Bakıda qadına zorakılıq edilməsi xəbərinə polisdən CAVAB
Hadisə 755

“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər