Avtomobil qaçıran oğrunun üzərindən narkotik çıxdı - VİDEO

Fizuli rayon sakini Lənkəranda avtomobil qaçırıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan həmin şəxsin üzərindən narkotik vasitə də aşkarlanıb.
BAKU.WS BAKU.TV-yə xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakinin “VAZ-2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb. O, bununla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini İlqar Aslanov müəyyən edilərək saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə sayılan metamfetamin və heroin aşkar edilərək götürülüb. Oğurlanmış avtomobil də tapılaraq sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat təd...
