Penelopa Kruz həyatdakı ən böyük fobiyasına qalib gəldi
52 yaşlı aktrisa Penelopa Kruz həyatdakı ən böyük fobiyasına qalib gəlib.
BAKU.WS xəbər verir ki, o axır ki, sürücülük vəsiqəsi almaq üçün cəsarətli bir addım atıb.
Bu qərarında ən böyük motivasiya qaynağı isə yaxın dostu, "U2" qrupunun solisti Bono olub.
Proqramlardan birinə qonaq olan 52 yaşlı ulduz, 66 yaşlı rok ulduzu Bononun ona bu ilin aprelində doğum günü hədiyyəsi olaraq avtomobil aldığını açıqlayıb.
Kruz bildirib ki, məhz bu hədiyyə onun illərdir qaçdığı və böyük fobiyası olan sürücülük dərslərinə başlaması üçün ən böyük təkan olub.
Aktrisa müsahibələrindən birində sükan arxasına keçə bilməməsinin kökündə uşaqlıq illərində yaşadığı ağır bir hadisənin dayandığını etiraf edib.
Penelopa uşaqlıq dövründə bacısı Monika Kruzun avtomobillə qəza törətməsinə şahid olub.
Monika tamamilə sağalsa da, bu dəhşətli hadisə Penelopada dərin izlər buraxıb və onda ciddi bir fobiya yaradıb.
Mütəxəssislər avtomobil sürməyə qarşı yaranan bu qorxunu "amaksofobiya" və ya "vehofobiya" adlandırırlar.
Bu fobiyadan əziyyət çəkənlər nəinki sükan arxasına keçə bilmir, hətta sərnişin qismində avtomobildə olduqda belə panik atak, təngnəfəslik və ürək döyüntüsü kimi kəskin narahatlıqlar yaşayırlar.
Hazırda sürücülük dərslərinə davam edən aktrisa, prosesin hələ də onun üçün çətin olduğunu gizlətməyib:
"Avtomobilə hər dəfə əyləşəndə, "Görəsən, bu gün bacaracağam, yoxsa yox?" deyə düşünürəm. Maşında cəmi 10-15 dəqiqə qala bilirəm. Sükan arxasında keçirdiyim bir neçə dəqiqə belə məndə dərin qorxu hissi yaradır".
Oxşar xəbərlər
Uşaq geyimləri mağazası açan azərbaycanlı müğənni müflis oldu
Müğənni Rahidə Baxışova qurduğu biznesindən müflis olduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, ifaçı bir müddət əvvəl uşaq geyimi və aksessuarları mağazası açı...