Kanadada ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var - VİDEO

02
avq
2020
11:15
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.
BAKU.WS “Report”a istinadla xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.
Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.
Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.
Oxşar xəbərlər
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Ci...
