Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə axşam Naftalan şəhərində baş verib.

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

BAKU.WS